1xeber.media xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun İslandiya ilə hərbi və kəşfiyyat sahəsində əməkdaşlığı genişləndirməyə hazır olduğunu açıqlayıb.
Rubio bu barədə İslandiyaya səfəri zamanı bildirib. Onun sözlərinə görə, ABŞ və İslandiyanın Arktika və Şimali Atlantikada təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlığını daha da gücləndirməkdə qarşılıqlı marağı var.
ABŞ administrasiyası Arktikada mövcudluğunu artırmağa çalışır. İslandiyanın coğrafi mövqeyi, hava limanları, limanları və müşahidə imkanları ölkəni Şimali Atlantika və Qrenlandiya istiqamətində mühüm strateji məntəqəyə çevirir.
Rubio bildirib ki, ABŞ İslandiyada hərbi fəaliyyətini və ya infrastrukturunu ölkə hökumətinin razılığı olmadan genişləndirməyəcək. O, Vaşinqtonun İslandiyanın suverenliyinə hörmət etdiyini vurğulayıb.