Вернуться назад Распечатать

“Nənələr”in üzvünün oğlu Ukrayna müharibəsində həlak oldu - Foto

Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan 58 yaşlı azərbaycanlı dron hücumu zamanı öldürülüb.

1xeber.media xəbər verir ki, Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev Rusiya-Ukrayna müharibəsi başlayandan bir il sonra Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyət göstərmək üçün hərbi xidmətə çağırılıb.

Xidmət etdiyi müddət ərzində iki dəfə yaralanıb. Aldığı yaralara görə müalicə edilib və yenidən ixtisası üzrə döyüşlərə qatılıb. Bir neçə gün bundan əvvəl Kupyansk istiqamətində gedən döyüşlər zamanı qarşı tərəfin (Rusiya) PUA-sının vurduğu zərbə nəticəsində xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak olub.

Qeyd edək ki, V.Quliyev 1986-cı ildə Ukraynada Tibb İnstitutunun Əczaçılıq fakültəsinə daxil olub. 1993-94-cü illərdə dissertasiya yazıb, Moskvada müdafiə edərək tibb elmləri namizədi adını alıb.

Onu da bildirək ki, Vahab Quliyev, məşhur “Nənələr” folklor klubunun üzvü Xanımbacı Quliyevanın oğludur. O, 30 ilədən çox idi ki, Ukraynada yaşayırdı.

Hazırda V.Quliyevin meyitinin Azərbaycana gətirilib, doğulduğu kənddə dəfn olunması üçün tədbirlər görülür.