Вернуться назад Распечатать

Liviyada parlament rəhbəri dəyişdi

Liviyada 12 ildən sonra parlament sədri dəyişdi

1xeber.media xəbər verir ki, Liviyanın şərqində fəaliyyət göstərən Nümayəndələr Palatası 12 ildən sonra Aqila Salehi sədr vəzifəsindən kənarlaşdırıb.

Deputatlar Əbdül Səlim Əbdül Nəbi əl-Obeidini yeni parlament sədri seçiblər. Qərardan əvvəl parlament rəhbərliyinin səlahiyyət müddətinin 12 ayla məhdudlaşdırılması barədə dəyişiklik qəbul edilib.

Aqila Saleh isə prosesin qanuniliyini şübhə altına alaraq əvvəlki iclasın rəsmi hüquqi qüvvəyə malik olmadığını bildirmişdi.

Liviyada bu dəyişiklik ölkənin siyasi parçalanmasının davam etdiyi bir vaxtda baş verib. Ölkənin qərbində BMT tərəfindən tanınan hökumət, şərqində isə Xəlifə Haftarı dəstəkləyən siyasi və hərbi qüvvələr fəaliyyət göstərir.