Вернуться назад Распечатать

“İmişli”də maaşlar verilmir - AFFA klubda yoxlamalar aparır

“İmişli” klubunun akademiyasında çalışanlar aylardı maaş ala bilmirlər.

1xeber.media Sportal.az-a istinadən xəbər verir ki, buna səbəb AFFA-nın ödəmələri etməməsidir. 

Bu mövsümdən federasiya tərəfindən klub akademiyalarına ayrılan maliyyənin xərclənmə meyarları müəyyənləşib. Maaşlar, ekipirovka və s. xərclər AFFA-nın tərtib etdiyi bölgü üzrə aparılmalıdır. Artıq klublar əvvəlkitək pulu istədikləri şəkildə xərcləyə bilməyəcəklər. 

“İmişli2 ilə bağlı məsələ bir qədər fərqlidir. AFFA-nın İnkişaf Departamenti ötən mövsümün xərclərini incələyərkən uyğunsuzluqlar aşkarlayıb. Belə ki, klubun uşaq futboluna xərclədiyini göstərdiyi 450 min manatlıq hesabat federasiyaya şişirdilmiş rəqəm kimi gəlib. 

AFFA-dan kluba bildirilib ki, ötən mövsümün hesabatlarının şəffaflığı tam araşdırılandan sonra bu mövsümün ödəmələrini etmək mümkün olacaq.