Вернуться назад Распечатать

“Doğma vətəndə uduzmaq ağırdır” - Hidayət Heydərov

Dünya çempionatında erkən uduzaraq mübarizəni dayandıran Olimpiya çempionumuz Hidayət Heydərov bununla bağlı paylaşım edib.

1xeber.media xəbər verir ki, o, instaqram hesabında bu sözləri yazıb: 

“Doğma vətəndə uduzmaq ağırdır. Sizin qarşınızda uduzmaq isə daha ağır. Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi. Sonsuz təşəkkürlər”.