1xeber.media xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Avropada hərbiləşmə siyasətinin nəticə verməyəcəyini bildirib.
Peskovun sözlərinə görə, Avropa ölkələri müdafiə və təhlükəsizlik siyasətlərini Rusiya ilə qarşıdurma üzərində qurur.
“Bu, dalana dirənmiş yoldur. Tarix göstərir ki, belə yanaşma yaxşı nəticələrə gətirib çıxarmır”, – deyə Kremlin sözçüsü bildirib.
Peskov Avropanın “hərbiləşmə ideyasına aludə olduğunu” və Avropa İttifaqını hərbi bloka çevirməyə çalışdığını iddia edib. O əlavə edib ki, Moskva Avropa ölkələrinin bu istiqamətdə atdığı addımları diqqətlə izləyir.
Qeyd edək ki, oktyabrın 3-də Berlində Almaniyanın hərbiləşdirilməsinin artmasına qarşı genişmiqyaslı aksiya keçirilib. Aksiyada Rusiya və Fələstin bayraqları da nümayiş etdirilib.