1xeber.media xəbər verir ki, Hindistan Ukrayna münaqişəsinin nizamlanmasına töhfə verməyə hazır olduğunu bəyan edib.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Hindistan tərəfi Ukrayna ətrafındakı vəziyyətin nizamlanması prosesinə imkanları çərçivəsində töhfə verməyə hazır olduğunu açıq şəkildə ifadə edib.
Peskov Moskvanın Hindistanın bu mövqeyini və irəli sürdüyü ideyaları yüksək qiymətləndirdiyini deyib.
Bundan əvvəl Hindistanın xarici işlər naziri Subramanyam Ceyşankar ölkəsinin Ukrayna üzrə diplomatik səylərdə getdikcə daha fəal rol oynadığını açıqlamışdı.
Onun sözlərinə görə, Yeni Dehli münaqişənin tərəfləri ilə dəniz daşımalarının təhlükəsizliyi və döyüşlərin intensivliyinin azaldılması kimi məsələlər üzrə əlaqə saxlayır.
Hindistan indiyədək Rusiya ilə ənənəvi tərəfdaşlıq əlaqələrini qoruyub, eyni zamanda Ukrayna münaqişəsinin diplomatik yollarla həll edilməsinin vacibliyini vurğulayıb.