Вернуться назад Распечатать

Qətər ABŞ və İran arasında danışıqların davam etdiyini açıqladı

Qətər: ABŞ və İran arasında mesaj mübadiləsi davam edir

1xeber.media xəbər verir ki, Qətər ABŞ və İran arasında regional münaqişənin dayandırılması ilə bağlı diplomatik təmasların davam etdiyini açıqlayıb.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü İbrahim bin Sultan Əl-Haşimi bildirib ki, tərəflər arasında danışıqlar və mesaj mübadiləsi Qətər və digər regional tərəfdaşlar vasitəsilə davam edir.

O, danışıqların detalları barədə məlumat verməyib, lakin tərəflərin narahatlıqlarının müzakirələrdə nəzərə alındığını bildirib.

Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani isə Dohada İrana səfər edən daxili işlər naziri İsgəndər Mömini ilə görüşərək regional vəziyyəti və gərginliyin azaldılması səylərini müzakirə edib.