Qazaxıstan mediası Aktau hava limanında təyyarələrdən birində problem yarandığı barədə məlumat yayıb.
1xeber.media xəbər verir ki, hadisəyə ölkənin Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən münasibət bildirilib.
Məlum olub ki, problem Bakıdan Aktauya uçan təyyarə ilə bağlı yaranıb. Təyyarədə sərnişin olmayıb.
“Eniş normal idi, enişdən sonra təyyarənin burun mexanizmində problem yaranmışdı”, - qurumdan deyilib.
Qurumdan verilən məlumata görə, hava limanının müvafiq xidmətləri təyyarənin uçuş-enmə zolağından yedəyə alınması işlərini həyata keçirib.
Nazirlikdən əlavə ediblər ki, hava limanı açıqdır və normal rejimdə işləyir.