Вернуться назад Распечатать

AK Partinin sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var

Türkiyə və Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var.

1xeber.media "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik deyib.

O bildirib ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir:

"Lakin hər ölkənin öz daxili siyasəti var. Onlarla bizdə fərq ola bilər. Daxili və xarici siyasətdə də fərqli yanaşmalar mümkündür. Biz hər hansı bir məsələdə fikir aydınlığı yaşayanda qardaş ölkə olaraq danışaraq yolumuza davam edirik. Burada Prezidentimiz Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında həqiqi bir qardaşlıq münasibəti var.

Türkiyə və Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var. O ölkələrin niyyətlərinə çatmağına icazə verməyəcəyik. Bundan başqa, Türkiyənin daxilində bəzi qrupların, sosial şəbəkə istifadəçilərinin Azərbaycanı səhvən hədəfə aldığını görürük".