Вернуться назад Распечатать

Azərbaycanda vəzifəli şəxs dünyaca məşhur universitetdə müəllimlik edəcək

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) baş hüquq inzibatçısı – Hüquq departamentinin direktoru Toğrul Quluzadə Niderland Krallığının "Leyden Universiteti"ndə pedoqoji fəaliyyətə başlayıb.

O, bu ildən etibarən təhsil müəssisəsində Korporativ hüquq və maliyyə hüququ kafedrasında qonaq mühazirəçi kimi dəvət alıb.

Qeyd edək ki, T.Quluzadə 1989-cu ildə anadan olub. Bakı Dövlət Universitetində hüquq üzrə bakalavr və Riqa Ali Hüquq Məktəbində Beynəlxalq kommersiya hüququ üzrə, daha sonra isə Belçikanın Gent Universitetində Beynəlxalq və Avropa İttifaqı biznes hüququ üzrə magistratura təhsili alıb.

O, həmçinin BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasında tədqiqatçı kimi fəaliyyət göstərib. 

Leyden Universitetində Korporativ hüquq, Beynəlxalq investisiya və Arbitraj hüququ sahələri üzrə elmi tədqiqat işini uğurla müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsi alıb. Alimin “Korporativ hüquq və beynəlxalq investisiya hüququ sahəsində səhmdarların (investorların) dolayı zərərə görə iddia qaldırma hüququ” mövzusunda apardığı fundamental elmi araşdırması kitab şəklində nəşr olunub. 

O, AZCON Holding-də Baş hüquq inzibatçısı, Hüquq departamentinin rəhbəri, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) Müşahidə Şurasının üzvü, London Beynəlxalq Arbitraj Məhkəməsi və Vyana Beynəlxalq Arbitraj Mərkəzində arbitr hakimi, Azərbaycan Vəkillər Kollegiyasının üzvü və ADA Universitetinin müəllimidir./Yurd.Media/