Вернуться назад Распечатать

Azərbaycan ekoloji çağırışlar və Xəzər dənizinin dayazlaşmasını qabardıb

Türkmənistdanda qarşılıqlı ticarəti dərinləşdirməklə və ortaq ekoloji çağırışlar, xüsusilə də Xəzər dənizinin dayazlaşması ilə bağlı müzakirələr aparılıb.

1xeber.media  xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanda "Avaza" Milli Turizm Zonasında keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının ixlasında bildirib.

Onun sözlərinə görə, güclü siyasi etimad real regional dayanıqlılıq və qarşılıqlı əlaqəliliyə çevrilir.

"Orta Dəhlizin yükdaşıma imkanlarını artırmaq, rəqəmsal şəbəkələri genişləndirmək, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında strateji yaşıl enerji tərəfdaşlığını inkişaf etdirmək üçün konkret birgə addımları vurğuladıq", - nazir "X" sosial şəbəkə hesabında yazıb.

Qeyd olunub ki, qarşıdan gələn Zirvə görüşünə hazırlıqlar nəzərdən keçirilib.