Вернуться назад Распечатать

Rövşən Rüstəmov Cəlal Rüstəmovu bölmə rəisi təyin etdi

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-də yeni təyinat baş tutub.

Cəlal Rüstəmov ADY-nin Yükdaşımaları departamentinin insan resursları bölməsinin rəisi təyin olunub.

Bununla bağlı ADY sədri Rövşən Rüstəmov müvafiq əmr imzalayıb.

Cəlal Rüstəmov bundan əvvəl həmin departamentdə mütəxəssis və baş mütəxəssis vəzifələrində çalışıb./Yurd.Media/