Вернуться назад Распечатать

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Ötən həftə Hörmüz boğazından keçən tankerlərə edilən hücumların sayı İranla müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb.

1xeber.media "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu regiondakı insidentləri izləyən dəniz təhlükəsizliyi sahəsindəki mənbələrin məlumatları göstərir.

Məlumata görə, sentyabrın 28-dən oktyabrın 5-dək Hörmüz boğazı ərazisində neft, mayeləşdirilmiş təbii qaz və neft məhsulları daşıyan tankerlərə azı 12 hücum edilib.

Bazar günü ABŞ Hərbi Dəniz Qüvvələrinin Birləşmiş Dəniz İnformasiya Mərkəzi bildirib ki, boğazda İranın İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən PUA uçuşları, izləmə və radio rabitəsi ilə çağırışlar daxil olmaqla, hücumlar, hücum cəhdləri və gəmilərin təqib hərəkətləri davam edir.

"Bu hərəkətlər İranın əsas tranzit marşrutları boyunca öz mövcudluğunu nümayiş etdirmək və bu marşrutla hərəkətdə olan gəmilərə təzyiq göstərmək niyyətini davam etdirdiyini göstərir", - mərkəzin hesabatında vurğulanıb.

Agentlik qeyd edib ki, insidentlərin sayının artması Fars körfəzi ölkələrindəki istehsalçılar tərəfindən ixracın aktivləşməsi fonunda baş verir.