1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp onun məsləhətçiləri Kris Lasivita və Ceyms Blerin Milorad Dodikin rəhbərlik etdiyi “Müstəqil Sosial Demokratlar İttifaqı”na (SNSD) göstərdiyi dəstəkdə maraqlar toqquşmasının olub-olmaması ilə bağlı sualı cavablandırıb.
Tramp bildirib ki, Lasivita və Bler Ağ Ev əməkdaşları deyil, müstəqil çalışan məsləhətçilərdir. Onun sözlərinə görə, hər iki şəxsin müxtəlif müştərilərlə işləməsi mümkündür və özü onların digər fəaliyyətləri barədə məlumatlı deyil.
ABŞ prezidenti məsələni araşdıracağını deyərək, maraqlar toqquşması müəyyən edilərsə, məsləhətçiləri dərhal işdən uzaqlaşdıracağını vurğulayıb.
Məlumata görə, Lasivita və Bler seçki kampaniyası ilə bağlı məsləhətlər vermək üçün həftəsonu Bosniya və Herseqovinanın Serb Respublikasına səfər ediblər. Onların seçkilərin ədalətli keçirilməsi məsələləri üzrə məsləhət vermək üçün ABŞ-dakı hüquq şirkətlərindən biri tərəfindən cəlb edildiyi bildirilir.