Вернуться назад Распечатать

“AMAY” ticarət mərkəzinin böyük hissəsi hərraca çıxarılır: məbləğ məlum oldu - FOTO

 

  • Bakının Xətai rayonunda yerləşən “AMAY"” ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşən ofis tipli qeyri-yaşayış sahəsi hərraca çıxarılıb.

    1xeber.media tefeqraf-a  istinadən xəbər verir ki, Nobel prospekti, 23 ünvanında yerləşən binanın 5-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi dövlət hərracına çıxarılması barədə qərar qəbul edilib.

    Məlumata görə, qeyri-yaşayış sahəsi Nobel prospekti, 23 nömrəli binanın, 5-ci mərtəbəsində olan 6730.8 kvadrat metr ümumi sahədən ibarətdir.

    Hərraclar məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı əmlakın hərracda satılması yolu ilə tələbin ödənilməsi məqsədilə icra məmurlarının sifarişi əsasında həyata keçirilir.

    Hərracın hazırkı qiyməti 6,865,416 manat təşkil edib.

    Bildirilir ki, əmlakın ümumi bazar dəyəri isə 8,076,960 manatdır.

    Qeyd edək ki, “AMAY"” ticarət mərkəzi iş adamı Abdulla Abdullayevə məxsusdur.