Вернуться назад Распечатать

Bıçaqlanan baş həkimin müavini Vüqar Qurbanovun soyadını dəyişən qohumu imiş - YENİLƏNİB

Abşeronda bıçaqlanan direktor müavininin kimliyi bilinib.

1xeber.media xəbər verir ki,Lent.az-ın əldə etdiyi xəbərə görə, bıçaq xəsarətləri alan şəxs xəstəxananın direktor müavini Orxan Ənvərlidir.

Qeyd edək ki, mediada yayılan məlumatlara görə, Orxan Ənvərli TƏBİB-in əvvəlki sədri Vüqar Qurbanovun qohumudur. O, bundan əvvəl TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri olub. Həmin zaman onun soyadı da Qurbanov imiş. Yayılan məlumatlara əsasən, Vüqar Qurbanov vəzifəsindən azad olunandan sonra Orxan Qurbanov özü işdən çıxarılmasın deyə qohumluğunu gizlətməkdən ötrü soyadını dəyişərək, Ənvərli edib. Lakin buna baxmayaraq o, tutduğu vəzifədən azad edilərək, Abşeron rayon Mərkəzi Xəstəxanasının direktor müavini təyin edilib.

Orxan Ənvərli sonradan mediaya açıqlama verərək Vüqar Qurbanovla qohumluq əlaqələrinin olmadığını bildirmişdi.

***
10:50

Abşeronda bıçaqlanma hadisəsi baş verib.

İlkin məlumata görə, hadisə Abşeron rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. 

Baş həkimin müavini işdən çıxarılan əməkdaş tərəfindən bıçaqlanıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. 

Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elçin Balayev tutularaq, istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.