Вернуться назад Распечатать

Nazir yolun keyfiyyətini su stəkanı ilə yoxladı - VİDEO

Suriyanın nəqliyyat naziri Yərub Bədr yeni tikilmiş magistral yolun keyfiyyətini yoxlamaq üçün maraqlı bir sınaq keçirib.  

1xeber.media xarici mətbuata istinadən xəbər verir ki, nazir yolun keyfiyyəti su ilə yoxlayıb. Belə ki, o, su ilə dolu stəkanı maşınına qoyub və nəqliyyat vasitəsini yeni yolda sürüb. Stəkanın səyahət boyunca dağılmadığını görən nazir, "Yaxşı yol çəkiblər" deyib. 

Suriyalı rəsminin bu hərəkəti sosial mediada diqqət çəkib. İstifadəçilər nazirin yanaşmasını rəğbətlə qarşılayıblar.