Вернуться назад Распечатать

Yeni sədr müavini kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Əliyev Səbuhi Fəxrəddin oğlu Dövlət Statistika Komitəsi sədrinin müavini təyin edilib.

1xeber.media unikal-a istinadən xəbər verir ki, 43 yaşlı Səbuhi Əliyev yeni sədr müavini bundan əvvəl Dövlət Statistika Komitəsinin Aparat rəhbəri vəzifəsində çalışırdı.

O, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2009-cu ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2004-2005-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub.

2007-2010-cu illərdə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində, 2010-2019-cu illərdə isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun İdarə Edilməsi Agentliyində baş məsləhətçi, sektor müdiri və digər vəzifələrdə çalışıb.

2019-cu ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində fəaliyyət göstərib. 2019-2020-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim kimi fəaliyyət göstərib.

2019-2024-cü illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən şöbə müdiri vəzifəsində çalışıb.

2024-cü il 19 avqust tarixindən 13 aprel 2026-cı il tarixinədək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktor müavini vəzifəsində işləyib.

14 aprel 2026-cı ildən 24 avqust 2026-cı il tarixinədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müşaviri, 24 avqust 2026-cı ildən 07 oktyabr 2026-cı il tarixinədək Dövlət Statistika Komitəsinin Aparat rəhbəri vəzifəsində çalışıb.

Dövlət qulluğunun baş müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2025-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.