Вернуться назад Распечатать

“Golden Street” hoteli bağlandı

1xeber.media 1BUSİNESS.MEDIA-nın instagram səhifəsinə istinadən xəbər verir ki, Bakı şəhərinin Yasamal rayonunda fəaliyyət göstərən “Golden Street” hotelinin fəaliyyəti dayandırılıb.

Hotel Təbriz Xəlilbəyli küçəsi, ev 7 ünvanında yerləşir.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilən yoxlama zamanı obyektdə yanğın təhlükəsizliyi ilə bağlı bir sıra nöqsanlar aşkarlanıb.

Yoxlama nəticəsində yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib.

Aşkar olunan pozuntularla əlaqədar hotelin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.