Вернуться назад Распечатать

Bakıda şadlıq evində yararsız qida məhsulları aşkarlanıb

1xeber.media 1BUSİNESS.MEDIA-nın instagram səhifəsinə istinadən xəbər verir ki, AQTA əməkdaşları Bakının Nizami rayonunda, Babək prospekti 5A ünvanında yerləşən “Piano Hall” şadlıq evində yoxlama aparıb.
Yoxlama zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi müəyyən edilib. Şadlıq evində istehlaka yararsız göbələk, müşayiətedici sənədi olmayan süni kürü, mənşəyi məlum olmayan süd məhsulları və hazırlanma tarixləri göstərilməyən yarımfabrikatlar aşkarlanıb.
Araşdırma zamanı menyuda süni kürünün istifadəsi barədə məlumatın qeyd edilmədiyi, məhsulların temperatur rejiminə əməl olunmadığı da müəyyənləşdirilib. Mətbəxdə istifadə olunan bəzi alət və avadanlıqların yararsız vəziyyətdə olduğu, işçilərin tibbi müayinədən keçmədiyi aşkarlanıb.
Faktla bağlı inzibati protokol tərtib edilib və qanunvericiliyə uyğun tədbirlər görülüb. Aşkarlanan məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.