Вернуться назад Распечатать

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan bu gün və sabah üç mötəbər beynəlxalq tədbirə – "Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının məşvərət şurasının iclası", "MDB dövlət başçılarının iclası" və "Xəzər Sammiti"nə ev sahibliyi edir.

1xeber.media  xəbər verir ki, bu, "Baku TV"nin Türkmənistana ezam olunmuş əməkdaşı Xatirə Məmmədovanın bu ölkənin "Atavatan Televiziyası"nın baş redaktoru ilə müsahibədə açıqlanıb.

Baş redaktor qeyd edib ki, ölkədə keçirilən mühüm beynəlxalq sammitlər və dövlət başçılarının görüşləri çərçivəsində Azərbaycanın, eləcə də dünyanın müxtəlif yerlərindən gələn jurnalistlərlə birlikdə mətbuat mərkəzində yayımları izləyir və iş aparırlar.

O bildirib ki, bu tərəfdaşlıq və görüşlər həm Türkmənistan, həm də Azərbaycan üçün böyük əhəmiyyət daşıyır.