Вернуться назад Распечатать

“Google Gemini”də problem yarandı

 

Süni intellekt platforması “Google Gemini”nin işində problem yaranıb.

1xeber.media  xəbər verir ki, bu barədə “Downdetector” platformasının “X” hesabında paylaşım edilib.

Bildirilib ki, ABŞ-nin Şərq vaxtı ilə saat 12:11-dən etibarən istifadəçilər “Gemini” xidmətində nasazlıqlarla bağlı şikayətlər göndərməyə başlayıblar. Paylaşımda istifadəçilərdən problemin onlara necə təsir etdiyi barədə məlumat vermələri istənilib.

Hələlik “Google” tərəfindən nasazlığın səbəbi və ya aradan qaldırılması ilə bağlı rəsmi açıqlama verilməyib.