1xeber.media 1BUSİNESS.MEDIA-nın instagram səhifəsinə istinadən xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev pensiyaların hesablanması ilə bağlı yeni dəyişikliklər barədə danışıb.
Musa Quliyev bildirib ki, “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişiklik pensiyaların azalmasına səbəb olmayacaq. Onun sözlərinə görə, pensiya artımı sığorta prinsipləri əsasında həyata keçirilir.
Komitə sədrinin açıqlamasına görə, pensiyaların 90 faizi orta aylıq əməkhaqqının artımına uyğun artırılır. Sığorta prinsipi əsasında pensiyalar hər il indeksləşdirilir.
Qanuna edilən dəyişikliklə artım əmsallarının tənzimlənməsi nəzərdə tutulur. Bu mexanizm aşağı məbləğdə pensiya alan şəxslərin pensiyalarının daha çox artmasına imkan verəcək.