1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp süni intellekt anlayışından istifadə edənləri tənqid edib və bu ifadənin əvəzinə “superintellekt” terminindən istifadə edilməsini tələb edib.
Tramp “Truth Social” hesabında yazıb ki, Ağ Ev “süni intellekt” ifadəsini işlədən şəxsləri düşmən hesab edir. O, “superintellekt” sözünün daha dəqiq və geniş yayılmış yeni termin olduğunu bildirib.
ABŞ lideri son həftələrdə süni intellekt və superintellektin inkişafı ilə bağlı bir sıra açıqlamalar verib. Tramp daha əvvəl süni intellekt sahəsində inkişafın məhdudlaşdırılmasına qarşı olduğunu və superintellekt texnologiyalarının inkişafını dəstəkləyəcəyini açıqlamışdı.
Oktyabrın 4-də isə Tramp “superintellekt”lə bağlı sərəncama uyğun olaraq yeni qüvvələrin yaradıldığını elan edib. O, Milli Kəşfiyyat direktoru Cey Kleytonu süni intellekt üzrə məsul şəxs seçib.
Həmin gün milyarder İlon Mask da Trampın mövqeyini dəstəkləyərək süni intellektin “süni” adlandırılmamasına çağırış edib.