Вернуться назад Распечатать

Fələstində seçkilərin təxirə salınması müzakirə olunur

1xeber.media xəbər verir ki, Fələstində noyabrın 28-nə planlaşdırılan qanunvericilik seçkilərinin təxirə salınması müzakirə olunur.

AP-nin məlumatına görə, Fələstin siyasi fraksiyaları seçkilərin keçirilməsi ilə bağlı Qahirədə keçirilən görüşlərdən sonra səsvermənin təxirə salınması məsələsində razılığa yaxınlaşıblar. Seçkilərin Qəzza zolağında və Şərqi Qüdsdə keçirilməsi ilə bağlı ciddi logistika problemləri yaranıb.

Fəth hərəkatı isə hələ yekun qərarın qəbul edilmədiyini bildirib. Tərəflərin seçkilərin vaxtını milli dialoq və ümumi razılaşma çərçivəsində müzakirə etdiyi qeyd olunur.

Noyabrın 28-də seçkilər keçirilsəydi, bu, 2006-cı ildən sonra Fələstində ilk qanunvericilik seçkisi olacaqdı.