1xeber.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin iki günlük işgüzar səfərlə Türkmənistana gedib. O, səfər çərçivəsində Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının iclasında və Xəzər Ekoloji Sammitində iştirak edəcək.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun əvvəlki açıqlamasına görə, Putin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşəcək. Ermənistanın baş naziri Nikol Paşinyan da Rusiya lideri ilə görüş keçirməyi planlaşdırdığını bildirib.
MDB sammitində Birliyin 35 illik fəaliyyətinin yekunlarının müzakirəsi gözlənilir. Xəzər Ekoloji Sammitində isə ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq və Xəzər dənizində su səviyyəsinin kəskin azalması məsələləri əsas diqqət mərkəzində olacaq.
Qeyd edək ki, Putin səfərindən əvvəl Almaniyanın keçmiş kansleri Gerhard Şröderlə görüşüb. Şröder işgüzar səfərlə Moskvaya gəlib və Rusiya Prezidenti ilə birlikdə doğum gününü qeyd edib.