Salome Zurabişvili hələ də özünü Gürcüstanın legitim prezidenti hesab edir. O, Tiflisdəki xidməti evi təhvil versə də, vəzifələrini təhvil vermək istəmir.
1xeber.media xarici mediaya istinadən xəbər verir ki, Zurabişvili yeni seçilən prezident Mixeyil Kavelaşvilinin bazar ertəsi keçirilən andiçmə mərasimində özünün leqal prezident olduğunu bir daha təkrar edib. Xanım siyasətçi "Gürcü Arzusu" partiyasını Gürcüstanın Avropa və qərbə inteqrasiya məqsədlərindən kənarlaşdırmaqda günahlandırıb.
Qeyd edək ki, son parlament seçkilərindən sonra ABŞ və Avropa Tiflisə bir çox sahədə sanksiya tətbiq etməyə başlayıb.