Вернуться назад Распечатать

Bayram günləri ilə əlaqədar 4 gün iş olmayacaq

8 noyabr Zəfər Günü və 9 noyabr Azərbaycan Respublikasının Dövlət bayrağı günü ilə əlaqədar 4 gün iş olmayacaq.

1xeber.media xəbər verir ki, 8 noyabr Zəfər Günü bazar gününə təsadüf edir.

Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. 

Bununla əlaqədar istirahət günü bilavasitə bayram günündən sonrakı iş günü olan 10 noyabra keçiriləcək.

Beləliklə, 7 noyabr şənbə günü olduğundan 4 gün ardıcıl – 7, 8, 9 və 10 noyabrda iş olmayacaq.

Xatırladaq ki, 12 noyabr Konstitusiya günü və 17 noyabr Milli Dirçəliş günü iş günü hesab edilən bayram günləridir.