“Əlbəttə, yaxşı ənənəyə sadiq qalaraq, əziz dostlar, hamınızı dekabrın 21-də ənənəvi qeyri-rəsmi, dostluq görüşü üçün toplaşdığımız Sankt-Peterburqa dəvət etmək istəyirəm”, - Putin MDB liderlərinin Türkmənistanda keçirilən qapalı görüşündə bildirib.
Rusiya Prezidenti Yeni il öncəsi görüşün gündəliyinə də toxunub: “Bütün cari və gələcək məsələləri müzakirə edə bilərik”.
Xatırladaq ki, MDB liderlərinin Türkmənistanda keçirilən görüşündə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.
Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyindən (MDB) olan həmkarlarını dekabrın 21-də Sankt-Peterburqda keçiriləcək ənənəvi Yeni il öncəsi qeyri-rəsmi sammitə dəvət edib.