Вернуться назад Распечатать

Britaniyada daha bir tibb qurumu İsrail şirkəti ilə əməkdaşlığı dayandırdı

1xeber.media xəbər verir ki, Böyük Britaniyanın Əczaçılıq Kolleci İsrailin “Teva Pharmaceuticals” şirkətinin Britaniya bölməsi ilə sponsorluq razılaşmasını ləğv edib.

“The Guardian”ın məlumatına görə, qərar şirkətin fəaliyyəti ilə bağlı aparılan qiymətləndirmədən sonra qəbul olunub. Kollec hesab edib ki, şirkətin bəzi fəaliyyəti qurumun dəyərləri ilə uzlaşmır. Razılaşmanın dəyəri 15 min funt sterlinq olub və şirkətin dörd tədbirdə sponsor və iştirakçı kimi çıxış etməsi nəzərdə tutulub.

Qərardan əvvəl Böyük Britaniyanın Kral Tibb Bacıları Kolleci də “Teva UK” ilə əməkdaşlığı dayandırmışdı. Bu addımlar İsrailin Fələstin siyasətinə etiraz edən fəalların kampaniyası fonunda atılıb.

“Teva UK” qərardan narazılığını bildirib və səhiyyə sahəsindəki əməkdaşlığın siyasiləşdirilməsini tənqid edib