1xeber.media 1business.media -ın instagram səhifəsinə istinadən xəbər verir ki, kriptovalyuta bazarında son sutkada əsas rəqəmsal aktivlərin böyük hissəsində ucuzlaşma qeydə alınıb. Bitcoinin qiyməti də 82 min dollar səviyyəsinə enib.
“CoinMarketCap” məlumatlarına görə, Bitcoin son 24 saat ərzində 0,28 faiz ucuzlaşaraq 82 433 dollara düşüb. Son 7 gündə kriptovalyutanın qiyməti 3,61 faiz azalıb, son 30 gündə isə 4,56 faiz artıb.
Bazarda digər əsas kriptovalyutalar da ucuzlaşıb. Ethereumun qiyməti 2,65 faiz azalaraq 2 493,19 dollara, BNB 3,77 faiz düşərək 740,39 dollara, Zcash isə 6,16 faiz geriləyərək 1 217,36 dollara enib.
Monero 3,67 faiz ucuzlaşaraq 539,25 dollar, Bitcoin Cash 6,62 faiz azalaraq 278,91 dollar, Bittensor isə 5,07 faiz geriləyərək 273,83 dollar olub.
Qızıl əsaslı kriptovalyutalarda isə artım qeydə alınıb. PAX Gold 0,81 faiz bahalaşaraq 4 176,07 dollara, Tether Gold isə 0,79 faiz yüksələrək 4 168,05 dollara çatıb.
“CoinMarketCap 20” indeksi son 24 saatda 1,68 faiz azalaraq 168,14 bəndə düşüb. Bitcoinin bazar kapitallaşması isə 1,66 trilyon dollar təşkil edib.
Analitiklərin qiymətləndirməsinə görə, kriptovalyuta bazarındakı ucuzlaşmaya investorların riskli aktivlərdən uzaqlaşması və əvvəlki artımdan sonra mənfəətin reallaşdırılması təsir göstərə bilər. ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasəti ilə bağlı qeyri-müəyyənlik də bazara təzyiq yaradan amillərdən biri kimi qiymətləndirilir.