Вернуться назад Распечатать

MDB-yə gələn il Özbəkistan sədrlik edəcək

Özbəkistan 2027-ci il yanvarın 1-dən Müstəqil Dövlətlər Birliyinin (MDB) orqanlarına sədrliyi öz üzərinə götürəcək.

1xeber.media xəbər verir ki, bu barədə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov MDB Liderlər Şurasının geniş tərkibdə keçirilən iclasında bildirib.

“Dövlət Başçıları Şurasının məhdud formatda iclası keçirildi və onun çərçivəsində MDB-yə sədrliyin 2027-ci il yanvarın 1-dən Özbəkistan Respublikasına keçəcəyi qərara alındı”, - Berdiməhəmmədov bildirib.

MDB-yə 2026-cı ildə Türkmənistan sədrlik edir.