Bir neçə azərbaycanlının Mehri istiqamətində sərhədi keçməsi barədə sosial şəbəkənin Ermənistan seqmentində yayılan məlumatlar təkzib edilib.
1xeber.media xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) açıqlayıb.
Daha əvvəl KİV-də məlumat yayılmışdı ki, sərhəddə yerləşən Mehri rayonunun Gorus kəndinin sakinləri gecə saatlarında mülki geyimli üç nəfəri görüblər. Onlar həmin şəxsləri azərbaycanlıya bənzədiblər.
MTX bildirib ki, yayılan məlumat həqiqəti əks etdirmir.