Вернуться назад Распечатать

"SOCAR Downstream"də yeni təyinat

"SOCAR Downstream"də yeni təyinat baş tutub.

1xeber.media xəbər verir ki,yurd media-nın  əldə etdiyi məlumata görə, Nihad Əzimli şirkətdə İnsan resursları üzrə Biznes Tərəfdaşlıq qrupunun rəhbəri təyin edilib.

O, ötən ildən "SOCAR Downstream"də işə başlayıb.

2023-2025-ci illərdə "Aztelekom"da İnsan resursları üzrə baş biznes tərəfdaş vəzifəsində işləyib.

2019-2023-cü illərdə isə "Azersun Holding"də insan resursları üzrə mütəxəssis vəzifəsində çalışıb.