Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin Silahlı Qüvvələrində mühüm kadr təyinatı həyata keçirib.
1xeber.media xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısının imzaladığı müvafiq sərəncamla Sayat Serikkazıyeviç İsanov Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı vəzifəsinə təyin edilib.
Qeyd edək ki, bu təyinata qədər Sayat İsanov podpolkovnik rütbəsində Xüsusi Əməliyyat Qüvvələri komandanının müavini vəzifəsini icra edirdi.