Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu A.G.-nin meyiti odlu silah yarası ilə aşkar edilib.
1xeber.media "Sputnik-Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisənin səbəblərinin və şəraitinin müəyyənləşdirilməsi məqsədilə araşdırmaya başlanılıb.