Вернуться назад Распечатать

İşdən çıxdığı deyilən məktəb direktoru ilə bağlı açıqlama

Sosial şəbəkələrdə Bakı şəhəri Əmirəhməd Quliyev adına 121 nömrəli tam orta məktəbin direktorunun vəzifəsindən ayrılması ilə bağlı iddialar yayılıb.

1xeber.media xəbər verir ki, məsələ ilə bağlı məktəb “Facebook” səhifəsində açıqlama yayıb.

Bildirilib ki, məktəbin direktoru Zaur Yusifovun vəzifəsindən azad edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat həqiqəti əks etdirmir: “Sözügedən məlumat yanlış və əsassızdır. Direktor öz vəzifəsinin icrasını davam etdirir.

İctimaiyyəti yalnız məktəbin rəsmi mənbələrində yayımlanan məlumatlara istinad etməyə çağırırıq”.