1xeber.media xəbər verir ki, ABŞ-da federal hakim Donald Tramp administrasiyasının dövlət vəsaiti hesabına maliyyələşdirilən və prezidentin siyasi gündəmini təbliğ edən televiziya reklamlarının yayımını müvəqqəti dayandırıb.
Məhkəmə qərarı ictimai vəsaitlərin siyasi təbliğat məqsədilə istifadəsi ilə bağlı iddia əsasında qəbul edilib. Şikayətçilər reklamların noyabrda keçiriləcək aralıq seçkilər ərəfəsində Respublikaçılar Partiyasına siyasi üstünlük qazandırmağa xidmət etdiyini bildiriblər.
Daxili Təhlükəsizlik Nazirliyinin bu reklamlar üçün 20 milyon dollar ayırdığı bildirilir. Administrasiya reklam kampaniyasını dayandırmağı əvvəlcədən planlaşdırdığını desə də, məhkəmə qərarı yayımların iki həftəlik dayandırılmasını nəzərdə tutur.
Mübahisə dövlət büdcəsinin siyasi məqsədlər üçün istifadəsi məsələsini yenidən gündəmə gətirib.