Вернуться назад Распечатать

Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?

Sosial media istifadəçiləri “Instagram” və “TikTok” platformalarına daxil olmaqda çətinlik çəkdiklərini bildirirlər.

1xeber.media  Musavat.com-a istinadla xəbər verir ki, səhər saatlarından etibarən sosial şəbəkələrdə yaranan problemlərlə bağlı paylaşımlar edilib. Bildirilir ki, bəzi istifadəçilər platformalara daxil ola bilmir, mesaj göndərməkdə çətinlik çəkir və ana səhifəni yeniləyə bilmirlər.

Məlumatlar sosial şəbəkələrdə, o cümlədən “Facebook”da yayılıb. 

Problemin səbəbi və texniki nasazlığın miqyası ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.

Qeyd edək ki, problemin bütün istifadəçilərə təsir edib-etmədiyi dəqiqləşdirilməyib.