Вернуться назад Распечатать

Kadırov 18 yaşlı oğlunun Fələstindəki missiyasından danışdı

“Axmat Kadırov” Fondunun Fələstində həyata keçirdiyi humanitar fəaliyyət 18 yaşlı Adam Kadırovun tam nəzarəti altındadır.

1xeber.media xəbər verir ki, bu barədə onun atası, Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında məlumat verib.

Kadırovun sözlərinə görə, oğlunun Yaxın Şərqdəki münaqişə ilə bağlı missiyasının əsas istiqaməti humanitar yardım logistikasına şəxsən nəzarət etməkdir.

“Fələstin ərazisində bütün işlər Çeçenistan Respublikası rəhbərinin köməkçisi, Çeçenistan Respublikası Təhlükəsizlik Şurasının katibi Adam Kadırovun nəzarəti altında həyata keçirilir. O, humanitar yardımın logistikasına və ehtiyacı olan insanlara birbaşa, vaxtında çatdırılmasına nəzarət edir”, - Kadırov yazıb.