Вернуться назад Распечатать

Azərbaycan nümayəndələri İrəvandakı COP 17 sammitində iştirak edəcək?

İrəvanda  keçiriləcək COP 17 sammitində Türkiyə və Azərbaycan nümayəndələrinin iştirakı barədə heç bir məlumat yoxdur.

1xeber.media xarici mətbuata istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Robert Abisoqomonyan deyib. 

Jurnalistlərlə söhbətində o bildirib ki, qeydiyyat katiblik tərəfindən həyata keçirilir; Ermənistan tərəfi qeydiyyatdan keçənlər haqqında yalnız ümumi məlumat bilir, bu da 13 mindən çoxdur, lakin daha dəqiq məlumat yoxdur.

Xatırladaq ki, BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyası (COP17), 19–30 oktyabr 2026-cı il tarixlərində Ermənistanın paytaxtı İrəvan şəhərində keçiriləcək.