Вернуться назад Распечатать

Azərbaycan vətəndaşları bu ölkəyə vizasız gedə biləcəklər

Azərbaycan və İordaniya arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında saziş təsdiq edilib.

1xeber.media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.

Qeyd edək ki, saziş 2026-cı il iyulun 8-də Bakı şəhərində imzalanmışdı.