Kamboca Azərbaycanla tərəfdaşlığı inkişaf etdirərərk öz iqtisadiyyatını Mərkəzi Asiya regionuna inteqrasiya etmək niyyətindədir.
1xeber.media xəbər verir ki, bunu Azərbaycan-Kamboca Biznes Forumu çərçivəsində Kamboca Ticarət Palatasının prezidenti və ASEAN İşgüzar Məsləhət Panelinin sədri Niak Oknha Kit Menq (Neak Oknha Kith Meng) jurnalistlərə açıqlamasında bildirib.