Azərbaycanın Baş naziri Əli Əsədov Mərakeşin hökumət başçısı postuna təyin olunması münasibətilə Fatimə Əzzəhra Əl-Mənsurini təbrik edib.
1xeber.media xəbər verir ki, bu barədə Azərbaycanın Mərakeşdəki səfirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
"O, məktubda ona həvalə edilmiş vəzifələrin icrasında uğurlar arzulayıb və iki ölkənin, onların xalqlarının maraqları naminə Azərbaycan ilə Mərakeş arasında dostluq münasibətlərinin və tərəfdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb", - məlumatda qeyd olunub.
Xatırladaq ki, Mərakeş Kralı VI Məhəmməd 50 yaşlı Fatimə əl-Mənsurini hökumət başçısı təyin edib. O, krallıq tarixində bu vəzifəni tutan ilk qadın olub.