Вернуться назад Распечатать

Özbəkistanda yeni müdafiə naziri təyin edildi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Botir Kudratxocayevi yeni müdafiə naziri təyin edib.

1xeber.media xəbər verir ki, nazirliyin əvvəlki rəhbəri Şuxrat Xalmuxamedov başqa vəzifəyə keçməsi ilə əlaqədar vəzifəsindən azad edilib.

General-mayor Botir Kudratxocayev Daxili İşlər nazirinin birinci müavini vəzifəsindən bu vəzifəyə keçib. O, əvvəllər Fövqəladə Hallar Nazirliyinə rəhbərlik edib və bundan əvvəl Prokurorluqda çalışıb.