Вернуться назад Распечатать

Tramp üçüncü müddətə prezidentliyə namizəd olmaq istəyir

ABŞ Prezidenti Donald Tramp mümkün olarsa, üçüncü müddətə prezidentliyə namizəd olmaq istədiyini bildirib.

1xeber.media xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

“Bunu böyük məmnuniyyətlə edərdim”, - Tramp Ohayo ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı deyib.

Tərəfdarları isə ona dəstək üçün “Daha dörd il!” şüarları səsləndiriblər.

Qanunvericiliyə əsasən, Trampın prezident kimi ikinci müddəti 2029-cu ilin yanvarında başa çatmalıdır. ABŞ Konstitusiyası prezidentin vəzifədə qalmasını iki müddətlə məhdudlaşdırır. Amma hazırkı Amerika lideri dəfələrlə üçüncü müddətə yenidən seçilmək ehtimalını gündəmə gətirib.

Tramp 2024-cü ilin noyabrında keçirilən seçkilərdə ikinci dəfə qələbə qazanıb. O, Demokratlar Partiyasının namizədi Kamala Harrisə qalib gəlib. O, ilk dəfə 2017-2021-ci illərdə ABŞ administrasiyasına rəhbərlik edib.