“Dəmir yolunun Salyan-Salmanlı sahəsində qorunmayan keçiddə, xoşbəxtlikdən maddi zərərlə nəticələnən qəza hələ də bu sahədə sürücü intizamının qənaətbəxş olmamasından xəbər verir”.
1xeber.media xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin Salyandakı qəza ilə bağlı şərhində qeyd olunub.
İdarə sürücülərə müraciət edərək, yol hərəkəti qaydalarına riayət etməyin vacibliyini vurğulayıb: “Mercedes” markalı avtomobil sürücünün dəmir yol xəttinin üzərində məcburi dayanması nəticəsində hərəkətdə olan qatarla toqquşub. Sürücü son anda avtomobili tərk etməyə müəssər olsa da, dəmir yol təsərrüfatına və avtomobilə ciddi ziyan dəyib.
Aparılan təhlillər göstərir ki, oxşar qəzaların baş verməsinə səbəb bilavasitə sürücü məsuliyyətsizliyidir. Başqa sözlə, yaxınlaşan qatarı görsələr də, nəqliyyat vasitələrinin relslər üzərindən rahat keçidini təmin etmək üçün yaradılmış yol infrastrukturuna güvənən sürücülərin nizamlama vasitələrinin tələbinə əhəmiyyət vermədən keçidə daxil olmaları sonda qəzaları qaçılmaz edir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır: Nəqliyyat vasitələrinin sürücüləri dəmiryol keçidinə yaxınlaşdıqda yol nişanlarını, işıqforları, nişanlama xətlərini, şlaqbaumun vəziyyətini və keçid növbətçisinin göstərişlərini əsas tutmalı, yaxınlaşan qatarın (lokomotivin, drezinanın) olmadığını yəqin etdikdən sonra hərəkət etməlidirlər”.qafqazinfo