Вернуться назад Распечатать

Panama yenidən güclü zəlzələ ilə sarsıldı

1xeber.media xəbər verir ki, Panamanın cənubunda 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

ABŞ Geoloji Xidmətinin ilkin məlumatına görə, yeraltı təkan oktyabrın 12-də yerli vaxtla axşam saatlarında, təxminən 10 kilometr dərinlikdə baş verib.
Zəlzələnin episentri Río Grande yaşayış məntəqəsindən təxminən 18 kilometr qərbdə yerləşib. İlkin məlumatlarda yeni təkan nəticəsində dağıntı və ya insan tələfatı barədə məlumat verilməyib.

Bu hadisə oktyabrın 9-da ölkənin cənubunda baş vermiş güclü zəlzələlərdən sonra qeydə alınıb. Həmin təkanlar binaların dağılmasına və sakinlərin təhlükəsizlik məqsədilə evlərini tərk etməsinə səbəb olmuşdu.