Вернуться назад Распечатать

Jurnalist Heydər Oğuz Oktay Sarala lətifə ilə cavab verdi: "Zəif nöqtələrə toxunmayaq"

1xeber.media xəbər verir ki, jurnalist Heydər Oğuz özünün facebook hesabında status yazaraq Türkiyə prezidenti R.T.Ərdoğanın müşaviri Oktay Saralın ölkəmizdə son günlər baş verən hadisələrlə bağlı qərəzli fikir səsləndirməsinə lətifə ilə cavab verib. 

Həmin statusu olduğu kimi təqdim edirik:

"Türkiyə prezidenti R.T.Ərdoğanın müşaviri Oktay Saralın Azərbaycana din və əxlaq dərsi keçməsi SSRİ dövründə dildən-dilə dolaşan məşhur lətifəni yada salır. Deyirlər ki, ABŞ prezidentlərindən biri Xruşşovdan soruşur:

-Eşitdiyimə görə, siz fəhlə və kəndli dövlətisiniz. Soruşmaq ayıb olmasın, sizdə fəhlələr necə yaşayırlar?

Xruşşov düşünmədən onun sualına sualla cavab verir:

-Yoldaş prezident, mən heç sizdən soruşuram ki, sizdə zəncilər necə yaşayırlar? Siz məndən niyə belə şeyləri soruşursunuz?

Xruşşovun sözü olmasın, hər dövlətin zəif nöqtələri var. Qardaş ölkələr çalışmalıdırlar ki, bir-birindən zəif nöqtələrə toxunmasın. Əks halda vaxtında soruşulmayan və xoş məqsəd güdməyən suallar ölkələr arasındakı münasibətləri korlaya bilər".

Xatırladaq ki, Saral özünün X hesabında status yazaraq Azərbaycanda şagirdlərin məktəblərə başlarını bağlayaraq gəlməsinin qadağan edilməsini "qəbuledilməz" adlandırıb.

“İnancına görə başını örtən bir şagirdi məktəbin qapısında saxlamaq hansı vicdana, hansı ədalətə sığır? Baş örtüyü maneə deyil, inancın tələbidir! Təhsil hüququ heç bir ideoloji məcburiyyətin qurbanına çevrilməməlidir!” - deyə, Saral yazıb.